18 C
Baku
Cümə, Aprel 19, 2024

Bizə yaz

Peyvənd olunmayan, əks-göstəriş və immun sertifikatları olmayan müəllimlər təhsil müəssisələrinə buraxılmayacaq

“Vaksin olunmadığı üçün təhsil müəssisələrinə buraxılmayacaq təhsil işçilərinin əmək haqqı məsələsi ilə bağlı hələ ki, məlumat yoxdur”.

Tvit.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

Onun sözlərinə görə, peyvənd olunmayan, əks-göstəriş, eyni zamanda immun sertifikatı olmayan müəllimlər təhsil müəssisələrinə buraxılmayacaqlar.

Əks-göstəriş sertifikatı təqdim edən müəllimlərin sayına gəldikdə isə, nazir müşaviri deyib ki, bu məlumatlar gündəlik dəyişir: “Ona görə də hansısa rəqəmləri açıqlamaq istəmirəm, çünki dəqiq olmaz”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR