14 C
Baku
Cümə axşamı, Mart 28, 2024

Bizə yaz

Nazirlər Kabineti əməkhaqları, pensiya və müavinətlərin artırılması üçün təkliflərin hazırlanmasına başlayıb

Bu gün Prezident İlham Əliyevin imzaladığı 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir.
Nazirlər Kabinetindən Tvit.az-a verilən məlumata görə, sərəncamda Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi haqda tapşırıq verilib.
Hökumət həmin təkliflərin hazırlanmasına artıq başlayıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR