15 C
Baku
Şənbə, Aprel 20, 2024

Bizə yaz

Nazir: “Azərbaycanda koronavirusun Omicron ştamı geniş yayılmaqdadır”

“Hələ ki, qapanmalara ehtiyac yoxdur, vəziyyət nəzarət altındadır. Yoluxmaların gedişatı növbəti hansı addımların atılmasını göstərəcək.

Tvit.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

O bildirib ki, ilkin mərhələdə Omicron 12 nəfərdə aşkarlanmışdı, hazırda da yoxlamalar davam edir: “Digər ölkələrin təcrübəsinə baxanda son 4 həftə ərzində ümumi yoluxanların 40%-i Omicron ştamına yoluxanlardır. Artıq Azərbaycanda da koronavirusun Omicron ştamı geniş yayılmaqdadır. Digər ştamlardan fərqli olaraq onun yoluxduruculuğu daha üstündür. Bununla bağlı rəqəmlər artmaqdadır. Ona görə hər kəs maska rejiminə, sosial məsafəyə riayət etməlidir”.

Nazir vurğulayıb ki, Azərbaycanda reanimasiya çarpayı fondu və tələb olunan lazımi tibbi avadanlıq yüksək səviyyədədir.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR