23 C
Baku
Çərşənbə axşamı, Aprel 23, 2024

Bizə yaz

“Narkomaniyaya yox, Sağlam həyata hə” adlı layihə sona çatıb-VİDEO

Tvit.az xəbər verir ki, “Uşaq və Gənclərin İnkişafına dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkomaniyaya yox, Sağlam həyata hə” adlı layihə çərçivəsində “Narkomaniyaya yox, Sağlam həyata hə” adlı təbliğat videçarxının hazırlanmasını yekunlaşdırıb.
Layihə, Narkomaniyanın fəsadlarını göstərməklə yanaşı sağlam həyat tərzinin təbliğatını nəzərdə tutur.
Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada, eyni zamanda ölkəmizdə son dərəcə mürəkkəb, ictimai baxımdan təhlükəli hadisədir. Narkomaniyanın vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və praktiki olaraq, heç bir ölçüyə sığmır. Bu, narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyası, müxtəlif cinayətlər törədilməsinə təkan, cəmiyyətin maddi texniki və intellektual potensialının aşağı düşməsi, genefondun pisləşməsi və bir çox digər hallardır.
Narkotik maddə təkcə onu qəbul edən insanı məhv etmir, həmçinin narkomanın ailə üzvlərinin sağlamlığına mənfi təsir göstərir. Narkotiklər orqanizmə toksiki təsir göstərən və faciəli nəticələrə gətirən üzvi (təbii) və qeyri-üzvi (sintetik) maddədir.
Narkotik maddələrdən və narkomaniyadan uzaq olmağın bir yolu da, sağlam həyat tərzinə üstünlük verməkdir. Sağlam həyat tərzinin ən vacib elementilərindən biri də idmandır. İdmana və sağlam həyat tərzinə meyillənmək gənclərimizi narkomaniya bəlasından qoruya biləcək əsas xüsuslardandır.
“Narkomaniyaya yox, Sağlam həyata hə” adlı videoçarx gəncləri sağlam həyata həvəsləndirməklə yanaşı, pis vərdişlərdən, xüsusilə narkomaniyadan uzaqlaşdırır.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR