24 C
Baku
Şənbə, Aprel 20, 2024

Bizə yaz

“Mədəniyyət” telekanalına yeni direktor təyin olunub

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” kanalına Ülviyyə Könül rəhbərlik edəcək.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Tvit.az-a verilən məlumata görə, sədr Rövşən Məmmədovun əmri ilə Əməkdar incəsənət xadimi Ülviyyə Oqtay qızı Kərimova QSC-nin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” telekanalına direktor vəzifəsinə təyin edilib.

Əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. Ramil Qasımov mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin olunub.

Bu təyinata qədər Ülviyyə Könül 2019-cu ilin oktyabrından “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin baş rejissoru vəzifəsində çalışıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR