1 C
Baku
Cümə, Yanvar 21, 2022

Bizə yaz

Helikopter qəzasında həlak olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunur

Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olanların cənazəsi dəfn olunmaq üçün II Şəhidlər xiyabanına gətirilib.

Tvit.az-ın xəbərinə görə, qəzada həlak olan hərbçilərin dəfn mərasimində şəhidlərin ailə üzvləri, hərbçilər, DSX rəisi, general-polkovnik Elçin Quliyev, Müdafiə sənayesi naziri Mədət Quliyev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edir.

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR