14 C
Baku
Cümə, Aprel 26, 2024

Bizə yaz

Gəncədə şagirdlər arasında zəhərlənmə olub

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə zəhərlənmə ilə bağlı açıqlama yayıb.

Tvit.az APA-ya istinadən xəbər verir ki, məktəb rəhbərliyinin məlumatına əsasən, 6b sinfində 07.10.2022-ci il tarixdə saat 09:35-də (ikinci saat) texnologiya dərsində salat hazırlanıb. Hazırlanan salatdan 5 nəfər şagirdin zəhərlənmə halı baş verib. Dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib. Hazırlanan salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 07.10.2022-ci il tarixdə saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.

İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsinə tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edilir, vəziyyətləri orta stabildir.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR