8 C
Baku
Cümə, Mart 29, 2024

Bizə yaz

FHN Kəlbəcərdə yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib – FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən APA-ya verilən məlumata görə, bu çərçivədə, Xidmət tərəfindən “Azərenerji” və “Azərişıq” ASC-lərin Kəlbəcər rayonunda fəaliyyət göstərən işçi heyəti üçün “Yanğın təhlükəsizliyi qaydaları”na əməl olunması istiqamətində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə açıq sahələrdə və qapalı məkanlarda yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə bağlı geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının, eyni zamanda meşəlik ərazilərdən keçən yüksək gərginlikli hava elektrik xətlərinin mühafizə zonalarının qorunmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin, ərazilərin təmiz, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təminatının zəruriliyi vurğulanıb.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.

FHN Kəlbəcərdə yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib - FOTO
FHN Kəlbəcərdə yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib - FOTO
FHN Kəlbəcərdə yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib - FOTO

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR