12 C
Baku
Cümə axşamı, Mart 28, 2024

Bizə yaz

DİN: Xətaidə 3 saylı uşaq evində baş verən hadisə ilə bağlı araşdırma gedir

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə tərbiyəçi ilə valideyn arasında baş verən insidentlə bağlı yayılan görüntülərə münasibət bildirib.

DİN-in mətbuat xidmətindən Tvit.az-a verilən məlumata görə, həmin hadisə yanvarın 16-da Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verib. Hadisə ilə bağlı artıq Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb. İnsidentin iştirakçısı uşaq evinin əməkdaşı G.Nağıyeva Polis Şöbəsinə dəvət edilərək izahatı alınıb. Qarşı tərəfin də hadisə ilə bağlı izahatı alınandan, eləcə də təyin edilən ekspertizaların nəticəsi məlum olandan sonra hadisəyə hüquqi qiymət veriləcək və valideynlə uşaq evinin əməkdaşı arasında baş verən insidentin səbəbləri məlum olacaq.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR