8 C
Baku
Cümə axşamı, Noyabr 25, 2021

Bizə yaz

DİN minalarla bağlı vətəndaşlara xəbərdarlıq edib

“Müharibə qalıqları – mina, döyüş silah-sursatları işğalçıların mənfur niyətini əks etdirir. İşğaldan azad olunan bütün ərazilərdə “gözəgörünməz ölüm” təhlükəsinin təmizlənməsi işi sürətlə davam edir”.

Bu barədə TVİT.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, ərazilər təmizləndikcə istifadəyə təqdim olunur: “İndi həssas dövrdür, hər kəs bu yerləri görmək arzusundadır. Bu, anlaşılandır. Ancaq əraziyə kütləvi axının təmin olunması orda gedən işlərə mane ola bilər. Nəzərə alsaq ki, əraziyə daxil olan bir şəxs minadan təmizlənən ərazidən kənara çıxması təhlükə riskini artırır. Bu risklər faciə ilə nəticələnə bilər. Ona görə, əsas diqqət bu gün ona yönəlib ki, maariflənmə işi ilə yanaşı, həmin rayonlara yaşamağa qayıdacaq vətəndaşlar üçün tam təhlükəsiz mühit yaradılsın. Əgər işlərin miqyasına baxsaq, bütün dövlət qurumları istiqamətlər üzrə fəaliyyətə cəlb edilib”.

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR