26 C
Baku
Cümə, Aprel 19, 2024

Bizə yaz

Cəlilabadda avtomobildə 16 kq narkotik aşkarlanıb – FOTO

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 16 kiloqramdan artıq yüksək təsiredən xassəyə malik narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Tvit.az-a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayon sakini İkram Alməmmədov Cəlilabad şəhəri ərazisində Biləsuvar rayon sakini Əfşari Babayevin idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanılaraq Polis Şöbəsinə gətirilib. Həmin avtomobildən İ.Alməmmədova məxsus torbadan ayrı-ayrı bükümlərdə ümumilikdə 14 kiloqram 725 qram narkotik vasitə heroin və 1 kiloqram 355 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR