24 C
Baku
Cümə, Aprel 19, 2024

Bizə yaz

Bu il ərzaqlıq buğda ilə özünütəminetmə tədbirləri üçün 180 mln. manat nəzərdə tutulub

“Prezidentin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanına uyğun olaraq 2023-cü ildə müvafiq tədbirlərin həyata keçirilməsi üçün 180 mln. manat nəzərdə tutulub”.

Tvit.az -ın xəbərinə görə, bunu bu gün Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı bildirib.

Baş nazir deyib ki, hesabat ilində Dövlət Taxıl Fondunda ərzaqlıq buğda ehtiyatının artırılması üçün 87,5 mln. manat vəsait ayrılıb: “Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin 69%-i aqrar sektora yönəldilib. 2022-ci il ərzində Prezidentin Sərəncamları (44) ilə regionların sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən 208 mln.manat vəsait ayrılıb”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR