28 C
Baku
Şənbə, İyul 27, 2024

Bizə yaz

BQXK-nin maşınları Laçın sərhəd-buraxılış məntəqəsindən keçərək Xankəndidən Ermənistana hərəkət edib

Laçın rayonu ərazisində Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-buraxılış məntəqəsindən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tibbi evakuasiya təyinatlı keçidə şərait yaradılır.

Tvit.az xəbər verir ki, bu gün səhər saatlarında BQXK-nin yük və minik avtomobilləri Xankəndidən Ermənistan istiqamətinə keçid edib.

Bu, bir daha göstərir ki, bəzi dairələrin iddia etdiyi kimi yol bağlı deyil. Sadəcə, Ermənistanın son təxribatı ilə bağlı istintaq tədbirləri həyata keçirilir.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR