20 C
Baku
Cümə, Aprel 19, 2024

Bizə yaz

Bakıda yük maşını avtobusa çırpılıb, 5 nəfər ölüb, 13 nəfər yaralanıb

Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Tvit.az-a verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TH-16 qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var.

Bakıda yük maşını avtobusa çırpılıb
Bakıda yük maşını avtobusa çırpılıb, 5 nəfər ölüb, 13 nəfər yaralanıb - YENİLƏNİB 1
Bakıda yük maşını avtobusa çırpılıb, 5 nəfər ölüb, 13 nəfər yaralanıb - YENİLƏNİB 1
Bakıda yük maşını avtobusa çırpılıb

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR