21.2 C
Baku
Çərşənbə axşamı, Aprel 23, 2024

Bizə yaz

Bakıda qəzada yaralanan 13 nəfərin vəziyyəti ağırdır

Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib ki, hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub: “Hazırda 13 nəfərin vəziyyəti ağırdır. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib, yol qəzası ilə bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, yük avtomobilinin sürücüsü sükan arxasında yuxulu olub, bu səbəbdən maşın avtobusa çırpılıb”.

A. Əsgərli deyib ki, yolda hazırda sıxlıq müşahidə olunur: “Yol Polisin əməkdaşları ərazidə nizamlayıcı qismində çıxış edərək, avtomobillərin hərəkətini tənzimləyirlər”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR