20 C
Baku
Cümə, Aprel 26, 2024

Bizə yaz

Bakıda oğurlanan 2 yaşlı uşağın atası saxlanılıb – VİDEO

Bakının Sabunçu rayonunda oğurlanan 2 yaşlı uşağın atası istintaqa cəlb edilib.
Bu barədə Tvit.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Məlumata görə, Sabunçu rayonunda 2 yaşlı M. Şıxalıyevin oğurlanması ilə bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hadisə ilə bağlı Gültəkin Muradova ilə birlikdə qeyri-rəsmi nikahda olan Ağdam rayon sakini Şamil Əliyev, uşağın atası Elgün Nəsirov da istintaqa cəlb ediliblər.

İstintaq hərəkətləri davam etdirilir.

Qeyd edilib ki, 2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib.

Bakıda oğurlanan 2 yaşlı uşağın atası saxlanılıb - VİDEO
Bakıda oğurlanan 2 yaşlı uşağın atası saxlanılıb - VİDEO
Saxlanılan şəxslər

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR