24 C
Baku
Cümə, Aprel 26, 2024

Bizə yaz

Bakıda binada yanğın olub, üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olub.

Tvit.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağına yığılan məişət və taxta tullantıları 15 m² sahədə yanıb.

“Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə nazirlikdən bildirilib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR