3 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

Bizə yaz

Azərbaycanda tətil günləri dərs günləri ilə əvəz olunub

Nazirlər Kabineti Azərbaycanda 2021-2022-ci il tədris ilinin gec başlaması ilə bağlı məktəblərdə tətil günlərinin vaxtını dəyişdirib.

Tvit.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, tədris ilinin başlanması müddətlərini nəzərə alaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab edilib.

Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab edilib.

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR