17.4 C
Baku
Cümə axşamı, Aprel 25, 2024

Bizə yaz

Aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb

Aeroport yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Tvit.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, hazırda hüquq-mühafizə orqanın əməkdaşları hadisə yerindədir, müvafiq ekspertizalar təyin olunacaq.

Qeyd edək ki, bu gün səhər saatlarında Aeroport yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 99 DH 343 dövlət nömrə nişanlı, “Mercedes” markalı yük avtomobilinin 171 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən 10 TH 116 dövlət nömrə nişanlı sərnişin avtobusuna çırpılması nəticəsində ilkin məlumata görə, 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR