22 C
Baku
Bazar ertəsi, Sentyabr 16, 2024

Bizə yaz

101 və 104 yaşlı qadınlar səs verdilər

41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin dairə seçki komissiyasının 43 saylı məntəqəsində daşınan qutu vasitəsilə 9 nəfər səs vermədə iştirak edib.

“Tvit.az” xəbər verir ki, onlar arasında ən yaşlı seçici Goranboy rayonunun Düzqışlaq kənd sakinidir. 1920-ci il təvəllüdlü Alya Musayeva üçün daşınan qutu məntəqə üzvü tərəfindən onun yaşadığı evə gətirilib. O, istədiyi namizədə səs verib.

Bununla da Alya nənənin səsvermə hüququndan evdə istifadə etməsi təmin olunub.

Bundan başqa, 44 saylı üçüncü Sumqayıt seçki dairəsi üzrə qeydiyyata alınan ən yaşlı seçici 1923-cü il təvəllüdlü Xudiyeva Zəri Həsən qızı da səsvermə hüququndan istifadə edib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR