25 C
Baku
Cümə, Aprel 19, 2024

Bizə yaz

Əhliman Əmiraslanov: Son illər AMEA-nın nüfuzuna xeyli zərər dəyib

Çox təəssüf ki, son illər AMEA-nın cəmiyyətdə nüfuzuna xeyli zərər dəyib.

Tvit.az  xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov AMEA-nın Ümumi yığıncağında deyib.

O bildirib ki, bunun səbəbi elm sahəsində böyük uğurlar əldə etməyən insanların bu və ya digər strukturlara cəlb olunmasıdır:

“Ümid edirəm ki, görüləcək işlər AMEA-nın nüfuzunun qaytarılmasına öz müsbət təsirini göstərəcək. Həmçinin, bir iradım da elmi tədqiqat institutlarının tabeçiliyinin dəyişdirilməsidir. Hesab edirəm ki, bu dəyişiklik onların fəaliyyətinə, yüksək ixtisaslı kadrların işinə mənfi təsir etməməlidir”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR