24 C
Baku
Cümə, Aprel 19, 2024

Bizə yaz

XİN: Sülh mesajının dünyaya çatdırılması əsas məqsədimizdir

“Biz bu gün daha çox postmünaqişə dövründən danışsaq da əvvəlki cinayətlərə də düzgün qiymət verilməsi məsələsini diqqətdə saxlamalıyıq. Belə məsələlərdən biri də tarixi abidələrimizin dağıdılmasıdır. “

Tvit.az-ın məlumatına görə, bunu “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” mövzusunda konfransda xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib: “Bizim hazırda hədəfimiz işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin qısa zamanda tamamlanmasıdır. Ötən ildən etibarən bu istiqamətdə işlər başlanıb”.

O bildirib ki, bu gün Azərbaycan azad olunmuş ərazilərdə məscidlərin açılması, abidələrin bərpası ilə sülh mesajı veirir: “Bildiyiniz kimi, Ağdamda Cümə məscidinin bərpası prosesi gedir. Postmünaqişə dövründə mədəni abidələrin bərpası və sülh mesajının dünyaya çatdırılması əsas məqsədimizdir.”

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR