8 C
Baku
Cümə, Mart 29, 2024

Bizə yaz

XİN başçısı: “Ermənistanın üçtərəfli bəyanatın icrası istiqamətində bir sıra konstruktiv yanaşmaları var”

“Ötən ay ilk məcburi köçkünlərimizin Zəngilan rayonunun Ağalı kəndində qayıdışı baş verdi. Bu, Böyük Qayıdışın ilk mərhələsinin başlanğıcıdır”.

Tvit.az -ın məlumatına görə, Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamra ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Ceyhun Bayramov deyib ki, Azərbaycanın Ermənistana təklif etdiyi sülh gündəliyi, iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması, sülh müqaviləsi ilə bağlı rəsmi Bakının təklifləri barədə də əlcəzairli həmkarını məlumatlandırıb: “Ermənistanın üçtərəfli bəyanatın icrası istiqamətində bir sıra konstruktiv yanaşmaları barədə də Ramtan Lamamraya məlumat verdim. Azərbaycan qonşu ölkələrlə normal münasibətlərin formalaşmasına tərəfdardır. Qarşılıqlı surətdə sərhədlərin toxunulmazlığı prinsipi əsasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyə bilərik”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR