19 C
Baku
Cümə, Aprel 19, 2024

Bizə yaz

Xələf Xələfov: “Türkiyənin dəstəyi Azərbaycanın çətinliklərlə mübarizəsində açar rol oynayıb”

14 yanvar Azərbaycan üçün önəmli bir tarixdir. 30 il əvvəl bu gün Azərbaycanla Türkiyə arasında imzalanan protokolla diplomatik münasibətlər təsis edilib.

Tvit.az-ın xəbərinə görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xarici İşlər Nazirliyində Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə keçirilmiş tədbirdə bildirib.

Nazir müavini deyib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub.

“Türkiyənin dəstəyi Azərbaycanın çətinliklər və təhlükələrlə mübarizəsində açar rol oynayıb”, – XİN başçısının müavini vurğulayıb.

O, Azərbaycan üçün 1990-cı illərin zor illər olduğunu xatırladıb. “30 ildə haradan başladıq və hansı zirvələrə yüksəldik”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR