15 C
Baku
Cümə axşamı, Aprel 25, 2024

Bizə yaz

Selçuk Bayraktar Şuşaya gedib

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Şuşaya gedib.

Tvit.az xəbər verir ki, Selçuk Bayraktar Şuşada Cıdır düzündə olub.

O Cıdır düzündə jurnalistlərə açıqlamasında deyib ki, “yenidən eyni ağrılı hadisələrin yaşanmaması üçün “Texnofest”də yüksək texnologiyanın inkişafı, müstəqillik üçün göstərilən səyin cəmiyyətə, gənclərə nümayiş etdirilməsi çox vacibdir. Biz texnologiyanı inkişaf etdiririk ki, möhtəşəm təbiəti, tarixi mədəniyyət mirası olan, əcdadlarımızdan qalan bu torpaqların dəyərini daha yaxşı anlayaq. Bütün türk millətini imkan olarsa Bakıda keçirilən “Texnofest”də iştirak etməyə dəvət edirəm. Eyni zamanda mümkün olarsa qədim Qarabağ torpağını, Şuşanı ziyarət etməyi tövsiyə edirəm. Uzaqdan görməklə gedib öz gözlərinlə görmək arasında fərq çoxdur. Vətənin nə demək olduğunu, hansı çətinliklərlə, mübarizə ilə qorunduğunu anlamaq üçün torpağı qarış-qarış gəzmək lazımdır. Burada çalışan bir polis uşaq vaxtı çıxdığı bu torpaqlarda indi övladları ilə gəzdiyindən danışdı. “Texnofest”də olan zaman da yaşlılardan öz torpaqlarından hansı ağrı-acılarla getdikləri barədə danışdıq. Bütün bunları ancaq gedib öz gözlərinlə görəndə başa düşürsən. Bunları uşaqlara, növbəti nəsillərə başa salmağımız, Vətən sevgisi şüurunu formalaşdırmağımız, ən əsası bütün dünyanın heç kimin torpağında gözümüz olmadığını, amma bizim torpaqlarımızda gözü olanlarla da sona qədər hər sahədə mübarizə aparacağımızı bilməyini istəyirik. Müharibə zamanı bu yerlərin qayalıq və çətin relyefə malik olduğunu eşidirdik. Amma qiymətli yerlərin mübarizəsi də çətin olur. Buralar möhtəşəm təbiətə malikdir. Bu yerlərin müharibə ilə işğaldan azad edilməsi və dünya tarixinə PUA-lar vasitəsilə azad edilən ilk müharibə kimi düşməsi texnologiyanı inkişaf etdirən mühəndislər olaraq bizim üçün böyük məna ifadə edir. Bunu da başqalarına nümayiş etdirmək üçün “Texnofest” təşkil edilib. “Texnofest” Türkiyədən başqa ilk dəfə can Azərbaycanda keçirilir. İnanıram ki, gənclər çox daha böyük işlərə imza atacaqlar”.

Qeyd edək ki, Selçuk Bayraktar Bakıda keçirilən “Texnofest” çərçivəsində Azərbaycana səfər edib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR