3 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

Bizə yaz

Rusiya Azərbaycana Ermənistanın demarkasiya komissiyası ilə bağlı təkliflərini çatdıracaq

Rusiya tezliklə Ermənistan-Azərbaycan dövlət sərhədlərinin delimitasiyasına başlanmasına tərəfdardır.

Tvit.az APA-ya istinadən xəbər verir ki,bu barədə bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair illik mətbuat konfransında bildirib.

O, sərhədlərin delimitasiyası məsələsinin Qarabağ regionuna aidiyyəti olmadığını qeyd edib.

“Artıq bir ildir ki, biz sərhədlərin delimitasiyası ilə bağlı danışıqlara başlamağı təklif edirik”, – Rusiya XİN başçısı vurğulayıb.

Lavrov diqqətə çatdırıb ki, Rusiya Azərbaycana Ermənistanın demarkasiya komissiyası ilə bağlı təkliflərini çatdıracaq: “Rusiya komissiyanın yaradılması barədə məsələnin tezliklə həll olunacağına ümid edir”.

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR