22 C
Baku
Bazar ertəsi, Sentyabr 16, 2024

Bizə yaz

“Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir” – Prezident

“Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir”.

“Tvit.az” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR