12 C
Baku
Cümə, Aprel 26, 2024

Bizə yaz

Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan azad edilmiş ərazilərdə xüsusi nümayəndəsi təyin edilib

Emin Zamin oğlu Hüseynov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Tvit.az-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsi ləğv olunub.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR