8 C
Baku
Cümə, Mart 29, 2024

Bizə yaz

Orqan Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin idarəetmə qaydası və fəaliyyət istiqamətləri açıqlanıb

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin fəaliyyət istiqamətləri məlum olub.

Tvit.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə bu gün təsdiqlənən “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin Nizamnaməsi”ndə əksini tapıb.

Nizamnaməyə əsasən, Koordinasiya Mərkəzinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

– orqan donorluğu və transplantasiya sahəsində fəaliyyəti təşkil etmək və əlaqələndirmək;

– orqan donorluğu və transplantasiyasını həyata keçirən tibb müəssisələrinin işini koordinasiya etmək;

– orqan donorluğu və transplantasiya sahəsində vahid uçotu aparmaq;

– orqan donorluğu və transplantasiya sahəsində informasiya təminatını təşkil etmək;

– bu Nizamnamədə nəzərdə tutulmuş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Nizamnamə ilə həm də Koordinasiya Mərkəzinin idarə olunması qaydası da müəyyənləşib.

Koordinasiya Mərkəzi öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

Koordinasiya Mərkəzinin idarəetmə orqanı İdarə Heyətidir. İdarə Heyəti Koordinasiya Mərkəzinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

İdarə Heyəti 7 (yeddi) üzvdən – Azərbaycan Respublikasının səhiyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən, onun iki müavinindən və digər 4 (dörd) üzvdən ibarətdir.

Koordinasiya Mərkəzinin fəaliyyətinə nəzarəti təsisçi, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.

Koordinasiya Mərkəzinin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.

Koordinasiya Mərkəzi Bakı şəhərində yerləşir.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR