18 C
Baku
Cümə axşamı, Aprel 18, 2024

Bizə yaz

Milli Müdafiə Universitetinə rektor təyin olunub

Milli Müdafiə Universitetinə rektor təyinatı olub.

Tvit.az-ın xəbərinə görə, professor, general-leytenant Heydər Piriyev universitetə rektor təyin edilib.

Qeyd edək ki, general-leytenant Heydər Piriyev indiyədək yeni yaradılan Milli Müdafiə Universitetinin rektor əvəzi kimi çalışıb.

O, bundan əvvəl Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi olub.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR