24 C
Baku
Cümə, Aprel 26, 2024

Bizə yaz

Füzulidə 2040-cı ilə 50 min nəfərlik şəhər salınacaq, kəndlərdə hər evin 12 sot torpağı olacaq

“Füzuli şəhərinin işğaldan əvvəl məskunlaşma ərazisi bu xəritədə tünd rənglə göstərilib. İndi artıq 397 hektar təşkil edir. Yeni baş plana görə artıq bu sarı rənglərlə göstərilmiş ərazi, o cümlədən hava limanı daxil olmaqla, 1936 hektar təşkil edəcək”.

Tvit.az-ın məlumatına görə, bunu, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 17-də Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşü və Baş planla tanışlıq zamanı Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

A. Quliyev bildirib ki, Füzuli şəhəri, ümumiyyətlə, 50 min nəfər üçün planlaşdırılır: “Yəni, hesabat dövrünə – 2040-cı ilə 50 min nəfərlik şəhər olacaq”.

Prezident İlham Əliyev qeyd edib ki, torpaq da yaxşı, münbit torpaqdır. “İndi aparılan şum, səpin, əkin o məqsədi güdür ki, vaxt itirməyək, bu torpağı artıq diriliyə gətirək. Ona görə camaat qayıdandan sonra əlbəttə ki, yenidən bölgü aparılacaq. Bir də ki, burada həyətyanı torpaqlar da nəzərdə tutulur, mənə məruzə edildi. Kəndlərdə hər bir evin təqribən ən azı 12 sot torpağı olacaq”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR