12 C
Baku
Cümə, Mart 29, 2024

Bizə yaz

Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilib – FOTO

Avqust 8-də Fövqəladə Hallar Nazirliyində nazir, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.

Nazirlikdən Tvit.az-a verilən məlumata görə, nazir müavinlərinin, Nazirliyin aidiyyəti struktur bölmələrinin və Agentliyin rəhbər şəxslərinin iştirak etdikləri müşavirədə FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib, qurumun hesabatına dair təqdimatlar dinlənilib.

Müşavirədə yekun nitqi ilə çıxış edən nazir Kəmaləddin Heydərov sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin üzərinə düşən mühüm vəzifələrdən danışıb. Nazir həlli vacib məsələləri qeyd edərək, müvafiq tapşırıqlarını verib.

Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilib - FOTO
Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilib - FOTO

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR