15 C
Baku
Cümə, Aprel 19, 2024

Bizə yaz

Estoniya parlamentinin sədri: “Azərbaycan Aİ üçün vacib tərəfdaşdır”

“Azərbaycan Avropa İttifaqı (Aİ) üçün vacib tərəfdaşdır”.

Tvot.az  xəbər verir ki, bunu Estoniya Parlamentinin sədri Yuri Ratas “Facebook”da Azərbaycana üç günlük səfərinin yekunlaşması ilə bağlı paylaşımında bildirib.

“Azərbaycan və Estoniya arasında qarşılıqlı əlaqələrin saxlanılması çox vacibdir. Mən Azərbaycana səfərim çərçivəsində Prezident, parlamentin spikeri, Baş nazir və digər nazirlərlə mühüm görüşlər keçirdim. Azərbaycan həmçinin Avropa İttifaqı üçün vacib tərəfdaşdır, neft və mavi yanacaqla bağlı defisiti nəzərə alsaq, istilik mövsümü gəlməzdən qabaq Azərbaycan bu istiqamətdə Aİ-yə əməkdaşlıq təklif edən ölkədir.

Həmçinin, bütün görüşlərdə Ukraynaya və onun ərazi bütövlüyünə dəstək ifadə olunub. Mən Azərbaycandakı dostlarımıza bu qəbula görə minnətdaram və əminəm ki, bizim əlaqələrimiz daha da güclənəcək”, – sədr vurğulayıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR