6 C
Baku
Bazar, Fevral 5, 2023

Bizə yaz

Direktor: Dərbənd Teatrının yeni binasının tikintisi davam edir, gələn il yekunlaşacaq

Dərbənd Teatrının yeni binasının tikintisi davam edir və gələn ilin may ayında təhvil veriləcək.

Tvit.az xəbər veri ki, bu barədə APA-ya Dərbənd Dövlət Azərbaycan Dram Teatrının direktoru, Dağıstanın Əməkdar mədəniyyət işçisi Firdovsi Əsgərov məlumat verib.

Firdovsi Əsgərovun sözlərinə görə, bundan əvvəl tikilən binada nöqsanlar olub deyə, həmin bina sökülüb: “O binada tikinti səhvləri var idi. Məsələn, fırlanan səhnə düz divarın dibi ilə gedirdi ki, bu zaman aktyor-aktrisanın fırlanan səhnədən kənara çıxması mümkün olmurdu. Nəticə etibarilə, həmin bina komissiya tərəfindən yoxlanıldı və söküldü. Yeni bina isə ötən ildən tikilməyə başlayıb və gələn ilin mayında təhvil verilməsi gözlənilir”.

Direktor teatrda aktyor çatışmazlığı məsələsini də vurğulayıb: “Bəli, bizdə, təəssüf ki, aktyor çatışmazlığı məsələsi də var”.

O, hazırda müvəqqəti olaraq Ləzgi Dövlət Dram Teatrının binasında fəaliyyət göstərdiklərini vurğulayıb.

Mədəniyyət Nazirliyindən isə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Dərbənd Dövlət Azərbaycan Dram Teatrının direktoru Firdovsi Əsgərovun müraciətinə əsasən, Mədəniyyət Nazirliyi tərəfindən gənc rejissor və aktyorların teatra cəlb olunması ilə bağlı elan verilib: “Şərtlərdə teatr tərəfindən yaşayış yeri ilə təmin olunma da var idi. Bir neçə müraciət daxil oldu, lakin bəzilərində dil problemi yarandı, bəzilərini də əməkhaqqı qane etmədi. Hazırda teatr rəhbərliyi tərəfindən kadr məsələsi binanın təhvil verilməsinə qədər ikinci planda saxlanılıb. Buna baxmayaraq, Azərbaycan Respublikasının Əməkdar artisti Sərvər Əliyev həm də Dərbənd Dövlət Azərbaycan Dram Teatrının baş rejissorudur, il ərzində bir neçə dəfə Dərbənd şəhərinə getməsinə tərəfimizdən şərait yaradılır”.

Nazirlikdən həmçinin qeyd edilib ki, hazırda tikintisi gedən bina Dərbənd şəhərinin administrasiyasının vəsaiti hesabına tikilir: “Teatr 2021-ci ilin noyabr ayından təmirə dayandırılıb. Köhnə bina tamamilə sökülərək (yalnız “Rodina” kinoteatrının fasadı saxlanılıb, tarixi abidə sayılır) yenidən teatr üçün müasir standartlara cavab verən bina tikilir”.

Nazirlikdən də teatrın tikinti işlərinin 2023-cü ilin ortalarında tamamlanmasının nəzərdə tutulduğu qeyd edilib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR