6 C
Baku
Cümə, Mart 29, 2024

Bizə yaz

Deputat: Qarabağdakı ermənilərə görə 3 milyon əhalimizi riskə ata bilmərik

Ermənistanda 3 milyona yaxın erməni yaşayır və biz Qarabağdakı ermənilər naminə əhalimizi riskə ata bilmərik.

Tvit.az xəbər verir ki, bu barədə APA “news.am”a istinadən məlumat yayıb. Məlumata görə, xəbər verir ki, bunu ölkənin hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Qurgen Arsenyan bu gün parlament dinləmələri zamanı bildirib.

Erməni deputat Laçın yolundakı vəziyyətlə bağlı ölkə müxalifətinin təşəbbüsü ilə çağırılan parlament dinləmələri zamanı çıxış edib. O, dinləmələrdə iştirak edənləri məsuliyyətsizlikdə ittiham edib.

“Sözlərinizə və daha öncə səsləndirdiyiniz ittihamlara görə cavab verməyə hazırsınız? Sadəcə olaraq oturub barmaq yelləyirsiniz. Prioritetlərinizi düzgün müəyyənləşdirin və baş verənləri düzgün təsəvvür etməyə başlayın”, – Arsenyan qarşı tərəfi tənqid edib.

Onun sözlərinə görə, xalq artıq 2021-ci ildə keçirilmiş seçkilərdə hazırkı müxalifətin barəsində hökm çıxarıb.

Arsenyanın açıqlamaları isə söz davasına səbəb olub.

Müxalif “Ermənistan” blokunun parlament fraksiyasının sədri və dinləmələrə sədrlik edən Seyran Ohanyan iclas iştirakçılarını susmağa və Arsenyanın çıxışını davam etdirməsinə icazə verməyə çağırıb, lakin onun xahişlərinə dəfələrlə məhəl qoyulmayıb.

“Qarabağda baş verənləri manipulyasiya etmək sizə Ermənistanda hakimiyyətə gəlmək imkanı verməyəcək, bunu unudun”, – Arsenyan onu da əlavə edib ki, “Vətəndaş müqaviləsi” partiyası Ermənistanın dövlət maraqlarını təmin edir.

Arsenyan əmin olduğunu bildirib ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması ölkəsinin milli maraqlarından irəli gəlir. O qeyd edib ki, qorxu və nifrət dolu ifadələr səsləndirməkdən çəkinmək lazımdır, çünki bu tip çıxışlar yalnız ziyan vurur.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR