14 C
Baku
Cümə axşamı, Mart 28, 2024

Bizə yaz

Çavuşoğlu: “Azərbaycan-Ermənistan münasibətləri ancaq yeni düşüncə və aktiv diplomatiya ilə normallaşa bilər”

Azərbaycan və Ermənistan arasında əməkdaşlığa ancaq yeni düşüncə və aktiv diplomatiya ilə nail ola bilərik.

Tvit.az-ın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Lvov Universitetində ukraynalı həmkarı Dmitri Kuleba ilə keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, müxtəlif problemləri olan bir çox ölkəni – Rusiya, Ukrayna, Türkiyə, Yunanıstan, Azərbaycan və Ermənistanı bir araya gətirən tək təşkilat Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı olub.

M. Çavuşoğlu bildirib ki, Sovet İttifaqının dağılmasından dərhal sonra QDİƏT-in yaradılması yeni bir fikir idi.

Nazir qeyd edib ki, QDİƏT bu gün regional əməkdaşlığa töhfə verir. (APA)

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR