26 C
Baku
Cümə, Aprel 19, 2024

Bizə yaz

Azərbaycan XİN Rusiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Perm Dövlət Universitetində baş vermiş silahlı insidentlə əlaqədar olaraq Rusiyaya başsağlığı verib.

Tvit.az-ın xəbərinə görə, bu barədə XİN-in “Twitter” səhifəsində bildirilib.

“Rusiya xalqına, Perm Dövlət Universitetinə edilən hücumda həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını arzulayırıq”, – deyə qeyd edilib.

Qeyd edək ki, Perm Dövlət Universitetində tələbə travmatik silahdan atəş açıb. Hadisə nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR