18 C
Baku
Cümə, Aprel 19, 2024

Bizə yaz

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 18-ci iclası keçiriləcək

Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti 5 iyul tarixində Nur-Sultan şəhərində keçiriləcək Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 18-ci iclasında iştirak etmək üçün Qazaxıstana səfər edib.

Nazirlikdən Tvit.az-a verilən məlumata görə, iclas çərçivəsində Hökumətlərarası Komissiyanın 17-ci iclasından sonrakı dövrdə görülmüş işlərin nəzərdən keçirilməsi, ticarət-iqtisadi, energetika, nəqliyyat, logistika, sənaye və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstan arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Qazaxıstan tərəfdən isə Baş nazirin müavini – ticarət və inteqrasiya naziri Baxıt Sultanovdur.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR