18 C
Baku
Cümə axşamı, Aprel 18, 2024

Bizə yaz

ABŞ Azərbaycan və Ermənistanı delimitasiya və demarkasiya məsələlərini həll etməyə çağırıb

“Biz Qafqazda Azərbaycan və Ermənistan hökumətləri arasında birbaşa dialoqun davam etdirilməsini alqışlayırıq”.

Tvit.az-ın xəbərinə görə, bunu ABŞ dövlət katibi Entoni Blinken Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib.

“Biz onları saxlanılanlar, minaların təmizlənməsi, itkin düşən şəxslər də daxil olmaqla humanitar məsələlərlə bağlı proqres əldə etməyə çağırırıq. Biz tərəfləri sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi və nəqliyyat bağlantılarının bərpası kimi həllini gözləyən digər məsələləri həll etməyə çağırırıq”, – deyə Blinken bildirib.

Blinken Azərbaycan və Ermənistanı Minsk Qrupu həmsədrləri ilə birlikdə Qarabağda davamlı sülhün əldə edilməsi istiqamətində birgə işləməyə çağırıb.

O vurğulayıb ki, ABŞ münaqişə ilə əlaqədar insan haqlarının, beynəlxalq humanitar hüququn pozulması hallarının araşdırılması istiqamətində Rusiya da daxil olmaqla bütün tərəflərlə birlikdə işləyə biləcəyinə ümid edir.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR