Almaniya öz ərazisindəki bütün İran baş konsulluqlarını bağlayır.
Tvit.az xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti məlumat yayıb.
Məlumata əsasən, söhbət Frankfurt - Mayn, Hamburq və Münhendəki diplomatik nümayəndəliklərdən gedir. Bildirilib ki, İranın Berlindəki səfirliyi isə fəaliyyətini davam etdirəcək.
Almaniya rəsmiləri bu qərarı terrorçuluqda təqsirləndirilən, İran və Almaniya vətəndaşlığı olan Cəmşid Şarmaxd barəsində çıxarılan hökmə reaksiya kimi izah ediblər.
Aysel Şirinova