Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница dünya İspaniyada ölənlərin sayı artdı
dünya

İspaniyada ölənlərin sayı artdı

30-10-2024 22:00 59 Просмотров
IMG

İspaniyanın şərqindəki Valensiyada güclü yağış və daşqınlara səbəb olan fırtınadan sonra ən azı 92 nəfər həlak olub.

Tvit.az xəbər verir ki, bu barədə X-də (keçmiş Twitter) bölgənin fövqəladə hallar xidməti məlumat yayıb.

Xidmət onu da əlavə edib ki, hazırda qurbanların şəxsiyyətinin müəyyən edilməsi prosesi davam edir. İspaniyanın daha iki bölgəsində də üç ölüm faktı qeydə alınıb.

Onu vuran fırtına çoxsaylı insidentlərə səbəb olub. Söhbət ölkə tarixinin ən böyük təbii fəlakətlərindən birindən gedir.Krallığın şərqində dəmir yolu əlaqəsi hələ də pozulur, onlarla marşrut bağlanıb. Xilasetmə işləri davam edir və yüzlərlə hərbçi iştirak edir. Ölkə hakimiyyəti oktyabrın 31-dən noyabrın 2-dək həlak olanlar üçün matəm elan etmək qərarına gəlib.

Aysel