Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница turizm Bakıda bu yoldakı uçqunla bağlı - Təfərrüat
turizm

Bakıda bu yoldakı uçqunla bağlı - Təfərrüat

28-10-2024 22:00 62 Просмотров
IMG

Bakı Kənar Dairəvi-1 avtomobil yolunun sol tərəfindəki yamacda uçqun hadisəsi baş verib. Proses üç gün bundan əvvəl başlasa da, bu gün son mərhələsi olub.

 

Tvit.az xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.

 

"Səhər saatlarında əraziyə baxış keçirilib və müvafiq araşdırma aparılıb. Yamacın üst hissəsində, helikopter meydançasının arxasında asılı karniz struktur süxur kütləsi qoparaq 50 sm yerini dəyişib və stabil vəziyyətdə qalıb", - Ə.Əliyev deyib.

 

O qeyd edib ki, yol infrastrukturuna təhlükə törədə biləcəyi nəzərə alınaraq müvafiq qurumlar tərəfindən bu süxur kütləsinin ləğv edilməsi istiqamətində işlər aparılır:

 

"Hazırda da bu işlər davam etdirilir və bu süxur kütləsinin daşınması həyata keçirilir. Yol infrastrukturunda heç bir problem olmamış, nəqliyyatın hərəkətinə maneə yaranmayıb".