Hizbullah Livanın cənubunda ilk dəfə olaraq İsrail piyada qüvvələri ilə toqquşub.
Tvit.az xəbər verir ki, bu barədə Hizbullah Telegram sosial şəbəkə platformasında verdiyi açıqlamada bildirib.
Açıqlamada Hizbullah ünsürlərinin bu gün səhər saatlarında Hallet El-Mehafir istiqamətindən Əl-Adise qəsəbəsinə sızmağa çalışan İsrail piyada qüvvələrinə qarşı çıxdıqları, onlarla toqquşaraq itkilər verdikləri və onları geri çəkilməyə məcbur etdiyi qeyd olunub.
Elmin Alışov