Rəşad Təmraz oğlu Orucov Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsindən azad edilib.
Tvit.az xəbər verir ki, bu barədə Milli Məclisin qərarında deyilir.
“Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 15-ci bəndinə və II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Rəşad Təmraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsindən azad edilsin”.