02 noyabr axşam 22:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində minik avtomobili qaz xəttinə çırpılıb.

"Azəriqaz" İB-dən "Tvit.az"a verilən məlumata görə, qəza nəticəsində Abşeron Gənclər Şəhərciyini qidalandıran diametri 219 mm-dən ayrılan 108 mm-lik qaz xətti yararsız hala düşüb, 3000 abonentin qaz təchizatında fasilə yaranıb. Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə əraziyə təbii qazın verilişi dayandırılıb. Bərpa işləri yekunlaşan kimi (qısa müddət ərzində yekunlaşması nəzərdə tutulur) sözügedən şəhərcikdə təbii qazın verilişi təmin ediləcək. 

Hadisə nəticəsində xəsarət alan yoxdur.