Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница sosial Əvvəlcədən pensiya alanların təqaüd pulu necə hesablanır? - CAVAB
sosial

Əvvəlcədən pensiya alanların təqaüd pulu necə hesablanır? - CAVAB

02-11-2024 14:00 67 Просмотров
IMG

Tvit.az bildirir ki, Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu əvvəlcədən pensiya alan şəxsin təqaüd pulunun hesablanması ilə bağlıdır. 

Maraqlıdır, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan şəxs pensiyaya çıxdıqdan və ya yenidən hesablama aparıldıqdan sonra 6 il tamam olub və hazırda işləyirsə, pensiya necə hesablanır?

Lent.az əvvəlcədən pensiya alan şəxsin təqaüdə çıxdıqdan sonar pulunun necə hesablandığını təqdim edir:

"Əmək pensiyaları haqqında" Qanunun 9-cu və 45-ci maddələrinin 29 iyun 2022-ci il tarixindən sonra qüvvədə olan mətninə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxdıqdan və ya yenidən hesablama aparıldıqdan sonra 6 il işləyib və işləməkdə davam edirsə, sonradan işlədiyi və yenidən hesablama aparılmamış sonuncu dövr üzrə toplanmış kapitalı 90%-lə nəzərə alınmaqla 72 aya bölünməklə yenidən hesablanmalıdır.