15 C
Baku
Cümə, Aprel 19, 2024

Bizə yaz

Samir Şərifov: Qarabağın bərpa və yenidənqurulmasına 6,5 mlrd. manat ayrılıb

İşğaldan azad edilən ərazilərin bərpasına iki il ərzində dövlət büdcəsindən 6,5 milyard manat vəsait ayrılıb.

Tvit.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov 2022-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.

“İşğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpanın ikinci ilində işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən cəm olaraq 4 milyard 315 milyon manat vəsait ayrılıb.Bu məqsədlər üçün ilkin proqnozlaşdırılan 2 milyard 670 milyon manat vəsait 60 faizdən yuxarı artırılıb. Bu, ötən ilin dövlət büdcəsindəki vəsaitlərin çevik idarəedilməsi hesabına mümkün olub. Ümumilikdə, iki il ərzində işğaldan azad olunmuş ərazilərin təkcə bərpa və yenidənqurulması işləri üçün dövlət büdcəsindən 6,5 milyard manat vəsait maliyyələşdirilib”, – deyə nazir vurğulayıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR