23 C
Baku
Çərşənbə axşamı, Aprel 23, 2024

Bizə yaz

Qazaxıstandan Azərbaycana aviareyslər bərpa olunur – RƏSMİ

Azərbaycan və Qazaxıstan arasında hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa olunur.

Heydər Əliyev Beynəlxalq Hava Limanından Tvit.a-a verilən məlumata görə, bu gün Bakı vaxtı ilə saat 12:55-də Nur-Sultan-Bakı istiqaməti üzrə uçan təyyarə Bakıya eniş edəcək. Reys Qazaxıstanın “Air Astana” şirkəti tərəfindən yerinə yetirilir.

Qeyd olundu ki, bu istiqamət üzrə ikinci reys yanvarın 16-da yerinə yetiriləcək və təyyarə Bakıda saat 21:50-ə eniş edəcək.

Hava limanından bildirilib ki, bu həftə cədvələ görə, Almatı-Bakı istiqaməti üzrə üç reysin həyata keçirilməsi nəzərdə tutulub – cümə axşamı, cümə və bazar günləri. Lakın onların yerinə yetirilib-yetirilməyəcəyi barədə dəqiq məlumat yoxdur.

“Bu reyslər cədvəldə nəzərdə tutulub, lakin onların yerinə yetirilməsi barədə dəqiq bir məlumat yoxdur. Çox güman ki, bu reyslər yenidən təxirə salınacaq”, – aeroportdan bildirilib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR