8 C
Baku
Cümə, Mart 29, 2024

Bizə yaz

Nazir: “Pandemiya səbəbindən itirdiklərimizi bərpa etməyə başlamışıq”

“Azərbaycan Prezidentinin gərgin zəhmət və yorulmaz fəaliyyəti sayəsində 2021-ci il xalqımız və dövlətimiz üçün uğurlu il olub”.

Tvit.az  xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, Azərbaycan dövlətinin xarici miqyasda siyasi nüfuzu artıb, maliyyə vəziyyət xeyli möhkəmlənib, hökumət qarşıya qoyduğu əsas vəzifələrin icra edilməsinə hökuməti nail olub: “Vaksinasiyasının geniş şəkildə həyata keçirilməsi nəticəsində məhdudiyyətlərin tədricən yumşaldılması və aradan qaldırılmasına nail olunub. Eyni zamanda dünya bazarlarında neftin qiymətlərinin artması nəticəsində yaranan daxili və xarici makroiqtisadi mühitin iqtisadiyyatın daha tez bərpa olunmasına şərait yaradıb. İlkin olaraq bu bərpanın 2022-ci ilin birinci rübünə təsadüf edəcəyi planlaşdırılsa da, 2021-ci ildə biz pandemiya səbəbindən itirdiklərimizi bərpa etməyə başlamışıq”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR