22.2 C
Baku
Çərşənbə, Aprel 24, 2024

Bizə yaz

FED-ə ilk dəfə qaradərili direktor seçilib

ABŞ Senatı gərgin müzakirələrdən sonra FED-in (Mərkəzi Rezerv Sistemi) yeni rəhbərini təsdiq edib.

Tvit.az-ın xəbərinə görə, bu posta iqtisadçı Liza Kuk təyin edilib.

O, FED-ə rəhbərlik edən ilk qaradərili kimi tarixə düşüb. Onun lehinə 51, əleyhinə 50 senator səs verib. Onun namizədliyinə qarşı çıxanların hamısı Respublikaçılardır.

Liza Kuk Miçiqan və Oksford universitetlərinin məzunudur. Kaliforniya universitetində doktorluq dissertasiyası müdafiə edib. Rus və fransız dilləri də daxil olmaqla 5 dil bilir.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR